Sələmçi və “çörəkçi” deputatlar prezidentə qarşı - Gərginlik

 
 
Son bir həftə ərzində iki deputat qeyri-ictimai fəaliyyəti ilə medianın gündəminə gəldi...
 
Lənkərandan seçilən Rüfət Quliyev sələmçi, Şabran mandat qazanan Tahir Süleymanov isə dəbdəbəli milyonluq villası ilə müzakirə predmetinə çevrildilər.
Parlamentin yay tətilinə çıxdığı zamanda iki deputatın qalmaqalla diqqət çəkdilər. Politika.Az xəbər verir ki, hər iki deputat biznesmendir. Onların biznes fəaliyyəti ictimaiyyətə sirr deyil.
Sələmçi və “çörəkçi” deputatlar prezidentə qarşı
Maraqlıdır ki, Milli Məclisdə “lal” deputat kimi tanınan hər iki parlamentari aktual mövzular haqda bir dəfə çıxış etməyiblər.
 

Onların seçicilərinin problemlərini qaldırmasına da rast gəlinməyib. Lakin R.Quliyev və T.Süleymanovun biznes şəbəkəsi, Lənkəran və Şabranda mal-mülklərinin siyahısına çox rast gəlinib.
Sələmçi və “çörəkçi” deputatlar prezidentə qarşı
Ölkədə manatın devalvasiyası, ərzaq məhsullarının bahalaşması və insanların kredit borcları içində boğulması hər iki millət vəkili üçün üfüqdə görünən problemlərdir. Xalqın seçdiyi deputatlar xalqın problemlri barədə danışmaq istəmir. Amma günbəgün yaxşılaşan maliyyə vəziyyəti onları burjuy deputatlara çevirir.
 

Politika.Az xəbər verir ki, dövlət başçısı hər zaman məmurlara sadə həyat yaşamağı tövsiyə edib. Prezident qeyd edib ki, onların borcu xalqa xidmətdir və dəbdəbəli həyat tərzindən qaçmalıdırlar.
 
Ancaq ölkə əhalisinin getdikcə yoxsullaşdığı vaxtda deputatlar sürətlə varlanır, villaları artır, kimisi sələmə pul verir, kimisi un bazarında bahalaşma yaradır, xalqın çörək pulusu ilə milyonluq imarət tikdirir.
 
Bu da təbii ki, sadə xalq arasında gərginlik, aqressiya doğurur. Çünki onun millət vəkilləri xalqın yox, pulu yanındadırlar.
 
Azərbaycanda dövlətdən və prezidentdən xalqı narazı salan qüvvələr də məhz təkəbbürlü, özündənrazı məmurlardır. Onların bir çoxu cəzalansa da, “gözü çıxmış qardaşın”dan ibrət götürməyənlər də az deyil.