​Səlim Müslümov: “Bakıdakı bütün villalar mənimdir”

 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda dəbdəbəli villasının olması ilə bağlı internetdə yayılan görüntülərə münasibət bildirib.
 
Teleqraf.com xəbər verir ki, nazir S.Müslümov jurnalistlərə açıqlamasında deyib ki, yayılan məlumatlar şər-böhtandır: “Mən belə şər-böhtanlara baş qoşmaq istəmirəm. Biz öz işimizlə məşğuluq. Yayılan videolardan belə çıxır ki, Bakıdakı bütün villalar mənimdir. Kim istəyir şəkillərini çəksin və altından da dediklərimi yazsın”.

Загрузка...
Загрузка...