Səlahəddin Dəmirdaş həbs ediləcək?

 
Xalqların Demokratik Partiyasının (XDP) sədri Səlahəddin Dəmirdaş barəsində istintaq tədbirləri görülür.
 
Axar.az xəbər verir ki, Dəmirdaş bugünkü çıxışında prezidenti təhqir etdiyi üçün barəsində cinayət işi açılıb.
 
Dəmirdaş ötən gün həbs edilən Diyarbəkir bələdiyyəsinin sədri Gültan Kışanak və Bələdiyyə Məclisinin üzvü Fırat Anlıya görə bəyanat verib.
 
O, bəyanatında Türkiyə dövlətinin, məhkəmə orqanlarının və prezidentin ünvanına alçaldıcı sözlər deyib.