Səlahəddin Demirtaş həbs olundu

 
Türkiyədə 11 millət vəkili saxlanılıb
 
Türkiyənin kürdyönümlü partiyası HDP-nin həmsədrləri Səlahəddin Demirtaş, Figen Yüksekdağ və doqquz digər HDP-li deputat saxlanılıb.
 
Musavat.com-un məlumatına görə, Türkiyə təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində həmsədrlər və millət vəkilləri evlərində tutulub.
 
Bildirilir ki, HDP həmsədrləri Diyarbakır prokurorluğunda aparılan terror istintaqı çərçivəsində saxlanılıblar. Polis Səlahəddin Demirtaşın, Figen Yüksekdağın evində və HDP-nin baş qərargahında axtarış aparıb. Axtarış səhər saatlarına qədər davam edib.
 
Qeyd edək ki, terror istintağı çərçivəsində prokurorluğa çağırılan Səlahəddin Demirtaş öz istəyi ilə ifadə verməyə getməyəcəyini açıqlamışdı.