Şəkidə 22 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

 Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Şəki sakini, 1994-cü il təvəllüdlü İlahə Ehsan qızı Yusifova ağır vəziyyətdə xəstəxanaya gətirilib.
 Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, İ. Yusifova yaşadığı evin çardağından yıxılaraq bel fəqərələrini sındırıb. Müayinədən sonra İ. Yusifovaya L-1 və L-4 fəqərələrinin yerdəyişən sınığı diaqnozu qoyulub.
 İ. Yusifova müayinə və müalicəsini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.