​Şəki sakini 2-ci qrup əlil yardım istəyir - VİDEO MÜRACİƏT

 
Redaksiyamıza video görüntü ilə şikayət edən Şəki sakini Əhmədov Kənan Hünbət oğlu yaşayışından gileylənib. O bildirir ki, Şəki icra hakimiyyətinin birinci müavini vətəndaşlara qarşı kobudluq edərək onları təhqir edir və əxlaqa sığmayan söyüşlər söyməkdədir. Şəki sakini K.Əhmədov bildirib ki, iki azyaşlı övladı var. Özü ikinci qrup əlildir 55 manat pensiya alır. 55 manatla ailəsinə baxa bilmədiyi üçün dəfələrlə Şəki rayon icra hakimiyyətinə müraciət edib. Müraciətlərindən xəbər almaq üçün Prezidentin etimad göstərdiyi quruma gedərək aldığı cavablar qarşısında şoka düşüb.
 
Vətəndaş ikinci qrup əlil Kənan Əhmədovun videosunu sizə olduğu kimi təqdim edirik: