Sızanaq problemindən qeyri-adi üsulla xilas oldu - FOTO

 
Amerikalı məşqçi Brayan Turner sızanaq problemindən xilas olma yollarından bəhs edib.
Turaninfo.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı məşqçi bunun üçün ilk növbədə süd məhsullarından imtina etdiyini, gündə 4,5 litr su içdiyini bildirib. Lakin bütün bunlar Turnerə sızanaqlardan tamamilə xilas olmağa kömək etməyib.
Bu zaman o başqa üsulları da sınaqdan keçirməyə qərar verib. Brayan Turnerin səzanaqdan xilas olmaq üsullarını təqdim edirik.
Üzündəki sızanaqdan əziyyət çəkən gənc yastıq örtüyünü hər gün dəyişdirib. Vücudunuzda sızanaq varsa, yataq döşəkağını da hər gün dəyişdirin.
Üz təmizləmək üçün istifadə etdiyiniz məhsulda benzoil peroksid varsa, miqdarının 2,5-dan daha çox olmamasına diqqət yetirin.
Üzünüzə heç vaxt toxunmayın və bəzi yeməklərdən imtina edin.
Sodium, yağ, kimyəvi qatqılar, qoruyucu, soya, qluten, kakao ehtiva edən qidaları istehlak etməyin. Bu ərzaqların hər birindən tək-tək imtina etməklə hansının sizə zərərli hansının faydalı olduğunu kəşf edə bilərsiniz.
Gündə 3.7 litr su içməyə diqqət göstərin. Turşulu içkilərdən uzaq olun.
Probiyotik istifadə edin. Süd və süd məhsulları istehlak etməyin, gündə 12 porsiya tərəvəz yeyin.
Tam taxıllı yeməklərə yönəlin. Qablaşdırılmış yeməklərdən uzaq durun və gündə 7-8 saat yatmağa çalışın.
Tərlədikdən dərhal sonra duş qəbul edin.