​"Sizə bu sahədə təcrübəli mütəxəssislərlə kömək etməyə hazırıq” - İRONİYA...

Baxış sayı: 
252
0  
0  

 
 
Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın xüsusi xidmət orqanının Twitterdə Rus dilini bilən işçi axtarışı elanına komik bir şəkildə cavab verib.
 
Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Rus dilini bilənlər üçün Twitterdə bir elan paylaşıb. Elanda “Kəşfiyyat İdarəsində nələr edə biləcəyinizi bilirsinizmi?” sualından sonra şifrəli bir mətndə agentlərə “gerçəyi üzə çıxarmaq kimi missiya tapşırılacaq” yazılıb.
 
Rusiya Xarici İşlər Nazirliyi buna rus və ingilis dillərində cavab verib. Nazirliyin açıqlamasında deyilir: “ Rus dilinin dəstəklənməsi və təşviqi üçün Mərkəzi Kəşfiyyat İdarəsinə təşəkkür edirik. Niyə bunu gizli edirsiniz? Sizə bu sahədə təcrübəli mütəxəssislərlə kömək etməyə hazırıq”.

Загрузка...
Загрузка...