"Siyəzən Broyler" alıcıları belə aldadır - FOTOLAR

 
 
Azərbaycanın məşhur broyler şirkətlərindən biri olan "Siyəzən Broyler" istehlakçıları aldadır.
 
Bunu Moderator.az -a Gəncə şəhər sakini bildirir.
 
Gəncə sakini şəhərin mərkəzində yeni açılmış "Bravo" marketindən “Siyəzən” şirkətinə məxsus toyuq alıb. Evə gətirəndə isə görüb ki, həmin toyuğun içi buz parçaları ilə doludur. Toyuğun tam donu açıldıqdan sonra içərisindən çıxan buz parçalarının çəkisi 100 qrama qədər olub. Alıcı aldığı məhsulun çəkisində 200 qrama qədər aldadıldığını düşünür.
 
Şikayətçi iddia edir ki, şirkət bu yolla məhsulun çəkisini məqsədli şəkildə artırmaqla, alıcılarını aldadır.

Загрузка...
Загрузка...