​Siyasətdən gedəcəyəm - Dəmirdaş

 
Əgər PKK-ya maddi dəstək verdiyimiz sübut olunarsa, siyasətdən gedəcəyəm.
 
Axar.az xəbər verir ki, bunu Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirdaş deyib.
 
“PKK-ya pul göndərdiyimiz sübut olunacağı təqdirdə siyasətdən gedəcəyəm. Həmçinin Türkiyə xalqından da üzr istəyəcəyəm”, - Dəmirdaş bildirib.
 
Qeyd edək ki, HDP rəhbərləri çıxışlarında PKK-ya olan rəğbətlərini açıq-aşkar ifadə edirlər.