Siyasi manevrlərin erməni variantı - TƏHLİL...

 
 
Siyasət o sahədər ki, görünən tərəflər daha çox aldadıcı olur, mahiyyət gizlədilir, yalnız son anda əsl məqsəd üzə çıxır. Ermənistanın Rusiyanın forpostu, Kremlin əlində alət olduğu məlumdur. Roma imperiyasından üzü bəri yalnız satqın, sürüşkən xarakterləri hamıya bəlli olduğundan həmişə bu millət güclü dövlətlərin başqalarına təzyiq vasitəsi olub. Son zamanlar belə təəssürat yaranır ki, sanki Ermənistan tədricən Rusiyadan aralanmaq istəyir və Qərbə meylləri artıb. Ötən ay NATO təlimlərində iştirakı, noyabrda AB ilə imzalanacaq “Şərq tərəfdaşlığı” proqramı, Sarkisyanın, Nalbandyanın tez-tez Brüssel səfərləri və İsraillə başlayan sıcaq münasibətləri elə təsəvvür yaradır ki, Ermənistan bu gün –sabah NATO-ya üzv olacaq, Avropa Birliyi üzvlüyünə qəbul ediləcək. Bu təəssüratın yaranmasının bir səbəbi də Rusiyanın bütün bunları sanki görməzdən gəlməsi və heç bir etiraz bildirməməsidir.
 
Əslində bütün bunlar erməni ikiüzlü siyasətinin Rusiya xeyir-duası və nəzarəti ilə davam etməsidir. Ermənistan yalnız Rusiyanın razılığı ilə NATO təlimlərində iştirak edib. Rusiya ilə Ermənistanın yaratdığı birgə ordu birləşməsi o deməkdir ki, Rusiya Ermənistan iqtisadiyyatına nəzarət etdiyi kimi, ordusuna da tam nəzarət edir və İrəvan Moskvasız bir addım da atmır.
 
İsraillə yaxınlaşma da görüntü xatirinə və uzağa getməyən əlaqələrdir və daha çox Azərbaycan-İsrail münasibətlərini korlamağa hesablanıb. Ermənistanın elə bir güclü pulu da yoxdur ki, İsraildən yeni silah arsenalı ala bilsin. Rusiyanın əvəzsiz olaraq verdiyi silahlarla ordusunu birtəhər saxlayan Ermənistanın həm maddi imkanları, həm də Rusiyanın icazəsi olmadan belə bir iş görməsi qeyri-mümkündür. İkincisi, İran faktoru Ermənistan üçün həyati önəm daşıyır. İsraillə qonşularının əməkdaşlığı  İranın maraqlarına uyğun deyil və bunu sərt etirazla qarşılayır. Sarkisyanın İran prezidentinin andiçmə mərasiminə qatılması və Ruhani ilə təkbətək görüşü də İsraillə əlaqələrin ciddi xarakter daşımadığını söyləmək, bu əlaqələrdən Tükiyə və Azərbaycana qarşı istifadə olunacağını çatdırmaq məqsədi olmuşdu. İran isə yüz illərdir ki, Türkiyənin, bizim əleyhimizə siyasət aparanların başında gəlir və Ermənistana olan köməyinin, yardımının mərkəzində də bu düşmənçilik dayanır.
 
İş o yerə çatıb ki, erməni politoloqlar da İsraillə Ermənistanın yaxınlaşmasının yalnız zərər gətirəcəyini yazırlar. Dağlıq Qarabağın istehlak malları ilə təminatı daha çox İranın payına düşür. İranın yük maşınlarına  işğal olunmuş Qarabağ torpaqlarında addımbaşı rast gəlinməsi də təsadüfi deyil. Bütün bunlar onu iddia etməyə əsas verir ki, Ermənistan bu cür fars – erməni dostluğundan imtina etməz.
 
Amma, erməni bicliyinin görünən tərəfi də uzun vədəyə hesablanıb. Erməni lobbisi Rusiyanın yaxın zamanlara çöküşünü hesablayıb, bəri başdan Qərblə guya isti münasibətlər yaratdığını da nümayiş etdirir. Qərbin Rusiya və İran üzərində qələbəsi qaçılmaz olduqda Ermənistanın  indidən ayaq yerinin saxlaması siyasəti apardığını da müttəfiqləri yaxşı bilir.
 
Deyilənləri nəzərə alaraq Azərbaycan diplomatiyası çevik fəaliyyət göstərməli, düşmənin məkrlərini, manevrlərini ifşa edən addımlar atmalıdır.
 
Moderator.az-ın analitik qrupu

Загрузка...
Загрузка...