Siyahıda bir azərbaycanlı adı vardı, o da silindi - Bəhram

Baxış sayı: 
228
0  
0  

 
Mən hamıya çox sağol deyirəm ki, UEFA-ya şikayət yazıb, adımı siyahıdan sildirdilər.
 
Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Bəhram Bağırzadə adının “Qarabağ” azərkeşi kimi UEFA siyahısından çıxarılmasına münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, 50-60-cı illərdə də Moskvaya böyük şəxsiyyətlərdən yazırdılar:
 
“Mən özümü böyük şəxsiyyət saymıram. Ancaq burda daxili düşmənlər var. Siyahıda bir azərbaycanlı soyadı vardı, o da silindi. Halbuki mən dəfələrlə demişəm ki, 1978-ci ildən “Neftçi”nin azərkeşiyəm. Onu UEFA-ya da demişdim. Sadəcə olaraq, “Qarabağ” bizim üçün elə bir addır ki, ona görə 9 milyon azərbaycanlı hamısı birləşməlidir. Zəbt olunmuş torpaqlara görə hamımız “Qarabağ”a dəstək olmalıyıq.
 
Əminəm ki, bu gün 70 min azərkeşin arasında olacam və 100 faiz bilirəm, hamısı Azərbaycanın, “Qarabağın” adına yığışmış olacaq. Orda “Xəzər Lənkəran”ın, “Zirə” və digər klubların azərkeşləri də ola bilər, amma hamını birləşdirən ad “Qarabağ”dır”.
 
Bəhram Bağırzadə əlavə edib ki, indi bundan daha ciddi məsələlər var:
 
“O qədər qlobal şeylər var ki! O nəhənglikdə Lütfi Zadəni gətirib dəfn edəcəyik. Bu mənim üçün hadisədir. Mən kiməm ki, o siyahıda adım olsun, ya olmasın. Sadəcə, bunu edən insanlara yazığım gəlir. Allah millətimizi mərdimazarlardan qorusun. Arzu edirəm ki “Qarabağ” bizi sevindirsin və biz də sevinc hissi ilə stadiondan şəhərin mərkəzinə qədər yolu 2 saata piyada qayıdaq”.
 
Müəllif: Şəfiqə

Загрузка...
Загрузка...