​Şirvanda qadın kişini bıçaqladı

 
Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, şəhər sakini Vüsal Ələkbərov naməlum şəraitdə bıçaqlanıb.
 
Vüsal Ələkbərov bıçaq xəsarəti ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
 
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Vüsal Ələkbərovun həmyerlisi Solmaz Ağayeva tutulub.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.