Şirvan polisində nə baş verir?- Ramil Usubova şikayət edildi

 
Şirvan rayonuna bir qədər əvvəl rəis təyin olunan Hikmət Quliyevin atdığı addımlar rayon ictimaiyyəti arasında kəskin narazılıqla qarşılanıb.
 
Sakinlərin redaksiyamıza yolladıqları məktubda deyilir: “Hikmət Quliyev unudub ki, bu şəhərdə ondan öncə Ramil Usubov kimi şəxsiyyət polis rəisi işləyib. Ramil Usubov o vaxt Əli Bayramlıda necə rəis işləyibsə, indi də Şirvanlıların ən əziz, doğma adamıdır. Şirvanda rəhmətlik Əbülfəz Qasımov, Eldar Quliyev, Əhməd Əliyev, Mətləb Ağayev, Əziz Mövlanov, Hamlet Salahov, Zakir Abdullayev, Muradəli Babayev, Şahmar Paşayev, Azər Muradov, Şahin Mirzəyev Şirvanda polis rəisi vəzifəsində işləyiblər.
 
Bunlardan təkcə Hamlet Salahov 2000-ci ildə Əli Bayramlıya rəis gələndə özüylə dəstə gətirib bütün sahələrə əl qoymaq istəyirdi. O vaxtki icra başçısı Sədaqət Qəhrəmanovanın müdaxiləsindən sonra həmin qolu zorlu dəstə gecəylə Əli Bayramlını tərk etdilər. Son 15 ildə Şirvanda işləyib gedən polis rəislərini yerli sakinlər bir kəlmə ilə xatırlayırlar: “Allah balasını saxlasın, Allah işini avand eləsin” deyirlər. İstənilən insanın həyatda ən böyük qazancı bu kəlmələrdir. Bu gündə həmin şəxslər Şirvan camaatının xeyrinə, şərinə şərik olurlar. Yüksək vəzifələrə getsələr də Şirvanla əlaqələri indidə var. Hikmət Quliyev yeni rəis təyin olunanda əhalinin ondan gözləntisi başqa idi. Güman olunurdı şəhər kriminaldan, narkoalverçilərdən, çirkablardan təmizlənəcək, insanlar rahat yaşayacaq. Tam əksinə oldu. Şöbəni təmir etmək adıyla sadə insanlar incidilir, narkotik satanlar, cinayətkar qruplar rahat nəfəs alırlar. Odur ki, Şirvanlılar Ramil Usubovun verəcəyi qərarı səbirsizliklə gözləyirlər”.
 
Məktubda konkret faktlar da yer alır:
 
“ Şirvan polis şöbəsinin müvəqqəti saxlanılma təcridxanasında 1 gün ərzində - yəni 17 noyabr 2016-cı il tarixdə 2 dustaq özünə xəsarət yetirdi. Bunlardan biri 1966-cı il təvəllüdlü Sabirabad rayon sakini Vaqif Şahbala oğlu Muradov boğazını kəsərək intihar etdi. Digəri isə Qoca ləqəbi ilə tanınan, 1 il öncə 2 nəfərin ölümü ilə nəticələnən qanlı razborkada adı keçən Hacıqabul rayon sakini Etibar Məmmədov oldu. E.Məmmədovu gecə saatlarında təcridxanadan əməliyyatçılar dindirməyə aparmaq istəyəndə ciddi xəsarətlər alıb. Eyni gündə baş verən hadisədən əməliyyatçılar çox ciddi stress keçiriblər. Çünki prokurorluqda istintaqı aparılan ağır cinayət işində adı keçən şəxsləri polis dindirə bilməz. Polislər ciddi-cəhdlə mətbuatın və ictimaiyyətdən 2-ci hadisəni gizlədə biliblər. Həmin gün nazirliyin intihar hadisəsini araşdırmağa gələn nümayəndələri də şöbədə olublar. Bu cür faktlar baş verən polis şöbəsinin rəisi Hikmət Quliyev əhalinin indiki iqtisadi, maddi cəhətdən ağır durumunu nəzərə almır. İrili-xırdalı ticarətçiləri o həddə çatdırıb ki, artıq hər kəs iş yerini bağlayıb rayonu tərk etmək istəyir”.
 
Sakinlər çox maraqlı məlumatları da diqqətə çatdırırlar: “Əsasən imkanlı sahibkarların övladlarını yüngül həyat tərzi yaşayan qadınlarla tora salmaqdır. “Tural” şadlıq sarayının sahibi Hacı Məhərrəmin oğlu Ayət, Salyanın Qaraçala kəndində yerləşən “Kamil petrol” yanacaq doldurma məntəqəsinin müdirinin oğlu Tural qadın toruna düşüb tutulanlardandır. Sonuncu qadınla şərlənən isə 1 dekabr 2016-cı il tarixdə Murad adlı maşın ustası oldu. Muradın qardaşı Elvin adlı polis işçisidir, müvəqqəti saxlama təcridxanasında xidmət edir. Şirvana gətirilən şərləmə aləti olan qızlar nəzarət altında qaldıqları evə aparılıb gətirilirlər. Bu yaxınlarda Hacıqabul rayonundan Hidayət adlı bir şəxsi əməliyyatçı Orman İmanovla Samit bir qadının evində tutub şöbəyə gətirib qanunsuz saxlayıb 500 manat pul alandan sonra sərbəst buraxmışdılar.
 
Vətəndaş nazir Ramil Usubova şikayət edəndən sonra daxili təhqiqat idarəsindən şöbəyə yoxlama gəlib və məsələni vətəndaşa minnətçi düşəndən və aldıqları pulu qaytardıqdan sonra ört-basdır edib nazirdən gizlətdilər. Bundan başqa baş Şirvan kollektor idarəsinin müdiri Əhmədağa İbrahimovun “Sever” dairəsində yerləşən restoranına qızla oğlanı göndərib özləri göndərib sonra gedib tutmuşdurlar. Yüksək rütbəli şəxsin zəngindən sonra əlləri boşa çıxdı. Şirvana yeni təyin olunan polis rəisi Hikmət Quliyev əsasən Şirvanın tarixində görünməmiş regionçuluq prinsipini həyata keçirir. Ağdam rayonundan olan polis rəisinin özü ilə gətirdiyi kadrlar əsasən öz yerliləri və bərdəlilərdir”.

Загрузка...
Загрузка...