​Sirri hələ də bilinməyən 3 ölüm hadisəsi - FOTO

 
 
Keçmişdən günümüzə qədər baş verən bəzi hadisələr haqqında nə qədər araşdırma aparılsa da, onların sirri hələ də tam olaraq bilinmir.
 
Moderator.az bu sirli hadisələrin içərisindən ən çox maraqlı olan 3 ölüm hadisəsi haqqında məlumatı təqdim edir:
 
1.Sirli cəsəd
 
1948-ci ildə Avstraliya sahilində bir kişi cəsədi tapılır. Hadisənin sirli tərəfi isə adamın cibindən çıxan və Ömər Xəyyamın  “Rübailər” kitabına aid olan “Tamam shud ” (Bitti,tamamlandı) şəklindəki kağız parçası olub. Daha sonra polis cinayətin üstünü açmaq üçün ölkədə olan Ömər Xəyyamın “Rübailər” kitablarını axtarmağa başlayır və həmin kitap tapılır. Polis kitabı incələyərkən məlum oldu ki, son səhifədə bir neçə cümlənin olduğu hissə cırılıb. Cəsədin üzərindən tapılan kağız parçası avtomobildən tapılan kitabın son səhifəsinə uyğun gəlirdi. Polis həmin kağız parçasının məhz bu kitabdan qoparıldığı qənaətinə gəldi. Bundan əlavə kitabın arxasında böyük hərflərlə anlaşılmaz bir neçə söz yazılıb.
 
 
 
Yan-yana düzülmüş bu hərflərin nə məna verdiyini anlamaq üçün polis kod mütəxəsislərinə müraciət etdi. Kod mütəxəssiləri hərflər yığınının həqiqətən də bir kod olduğunu və təsadüfən yazılmadığı bildirdilər. Onların fikrincə bu kodun Ömər Xəyamın rübailərinin biri ilə bir bağlılığı var. Lakin bütün bular cinayətin üzərindəki qaranlıq pərdəni götürə bilmirdi.
 
Cəsədlə bağlı araşdırmalar davam edərkən, polis kitabın səhifələridən birində bir telefon nömrəsi tapdı. Telefon nömrəsi cəsədin tapıldığı yerə çox yaxın olan bir məhəllədə, yalnız yaşayan bir tibb bacısına aid idi.  Polisə bir neçə saat ifadə verən tibb bacısı onun ev nömrəsinin niyə kitabın səhifələrindən birində olduğunu bilmədiyini dedi. Lakin uzun söhbət zamanı tibb bacısının danışdığı bir hadisə polisi heyrətləndirdi.
 
Belə ki, tibb bacısı İkinci Dünya Müharibəsi zamanı Sidneydə çalışarkən bu kitabdan birinə sahib olduğunu və həmin kitabı da münasibətdə olduğu Alfred adlı bir zabitə verdiyini dedi. Sərbəst buraxılan tibb bacısından sonra polis, qısa araşdırmadan sonra Alfred adlı zabiti çox rahatlıqla tapdı.
 
Alfredin evinə baxış keçirilərkən onun sahib olduğu kiçik kitabxanadan hədiyyə olaraq verilmiş Ömər Xəyyamın həmin kitabı tapıldı.  Lakin kitabı incələyən polislər növbəti şoku yaşadılar. Belə ki, hədiyyə olaraq verilmiş bu kitabın son səhifəsindəki “Tamam Shud” yazılmış həmin hissə də qoparılmışdı. Cəsədin üzərindən tapılan kağız parçası bu kitabdakı qoparılmış hissə ilə də uyğun gəlirdi. Polisin əlində bir cəsəd, bir kağız parçası və iki eyni kitab var idi. İfadəsi alınan tibb bacısı və Alfred şübhəli olaraq görülmədikləri üçün onlar sərbəst buraxıldılar. Tibb bacısı və zabitin ümumiyyətlə hadisədən bixəbər olduqları aydınlaşdı. Lakin bir aya yaxın bir müddət idi ki, araşdırma aparılsa da heç bir nəticə əldə edilməmişdi.
 
Araşdırmanın davam etdiyi bir zamanda tapılan bir çanta isə polisi yenidən hərəkətə keçirdi. Belə ki, 14 yanvar 1949-cu il saat 11.00 radələrində Adelaide stansiyasında qatara buraxılmış naməlum bir çanta tapıldı. Çantanın içərisindən gündəlik istifadə olunan geyimlər, fırça, qayçı, bıçaq və digər əşyalar çıxdı.
 
Lakin geyimlərin üzərindəki bütün etiketlərin qoparılması, sahildə tapılan kişi cəsədinin çanta ilə bir bağlılığın olmasını göstərirdi. Çatnadakı əşyaların demək olar ki, heç birinin üzərində etiket yox idi. Yalnız bir parçanın kənarında "T. Keane" adı yazılmışdı.
 
Polis bu sözü əsas götürərək sahildə tapılan cəsədin adının Keane olduğu qənaətinə gəldi. Lakin Keane adlı birinin o civarda yaşamadığı və belə bir insanın itməsi ilə bağlı heç kimin polisə müraciət etmədiyi məlum oldu. Geyimlərin çox təmiz olması səbəbi ilə polis, ölkədəki bütün çamaşırxanaları araşdırdı. Lakin heç bir nəticə əldə edilmədi. Cinayətin üstü açılmadığı üçün polis, son olaraq öz fərziyəsini irəli sürdü. Belə ki, polisə görə çantada tapılan geyimlərdəki tikiş forması ABŞ-a uyğun gəldirdi. Güman edildi ki, həmin şəxs ABŞ vətəndaşıdır və “Tamam Shud” adlı kağız parçasını cibinə qoyaraq intihar edib. O hansısa zərərli bir maddə içərək intihar edib. Lakin polisə görə, naməlum kişi intihardan öncə hamamda cimib və traş olub. Daha sonra isə Henley sahili istiqamətindəki bir qatara bilet alıb. Lakin hansısa səbəbdən o, qatara geçikib və çantası qatarda qalıb.  Somerton sahilinə gələrkən isə zəhərin təsirindən həyatını itirib....
 
Bu iddialara baxmayaraq cinayətin üstü hələ də açılmayıb. 1948-ci ildə sahildə tapılmış həmin şəxsin məzarı isə, hal-hazırda Somerton yaxınlığındakı bir məzarlıqdadır.
 
2. Ölü gitaraçı əfsanəsi
 
Məhşur gitara qrupunun baş gitaraçısı Paul Mccartney 1966-cı ildə yol qəzasında həyatını itirib. Qrupun populyar olduğu bi dövrdə qrup üzvləri bu məşhurluğu itirməmək üçün yerinə eyni ona  bənzəyən birini tapırlar.
 
Qrupun "I am so Tired" mahnısının son sözlərini tərsinə oxuyanda "Paul öldü" sözünü görmək mümkündür. Bu sirr, həmin qurupun populyarlığını hələ də, qoruyub saxlayır.
 
3.Ekipajı bir anda itən gəmi
 
1947-ci ilin iyun ayıında Hollandiya bayraqlı gəmi Sumatrada iki yardım siqnalı göndərdi. İlk mesajda, “kapitan daxil hamı öldü”, ikincisində isə “ölürəm” deyilirdi. Dərhal gəmiyə yardım göndərilir və görülən mənzərə hər kəsi dəhşətə salır. Gəminin bütün heyəti əlləri günəşə doğru və üzlərində qorxu ifadəsi ilə ölüblər. Hadisənin sirri isə hələ də açıqlanmayıb. Hadisənin səbəbinin daşıdıqları bioloji silah, yadplanetlilərin hücumu və s. olduğuna dair irəli sürülən fərziyyələr mövcuddur.
 
 
 
 
 
Kamran

Загрузка...
Загрузка...