Şirməmməd Hüseynovun vəziyyəti pisləşdi – Xəstəxanaya yerləşdirildi

Əməkdar jurnalist, "Şərəf" ordenli Şirməmməd Hüseynovun səhhətində problem yaranıb.
 
AzNews.az-a verilən məlumata görə, o, vəziyyəti ilə əlaqədar Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.
Ş.Hüseynovun həyat yoldaşı AzNews.az –a faktı təsdiqləyib. O, bildirib ki, qocaman jurnalistin 3 gün bundan öncə vəziyyəti qəfil pisləşib və xəstəxanaya yerləşdirilib: “Hazırda müalicə olunur. Vəziyyəti normaldır”.