Sıravi vətəndaşa illik 28%-lə kredit Kürəkəninə isə illik 6%-lə güzəştli kredit

Baxış sayı: 
205
0  
0  

Zirədə 10 hektarlıq sahədə tikilmiş və açılışında president İlham Əliyevin də iştirak etdiyi istixana kompleksi “Baku Agropark” MMC-yə, sahibkar Səməd Qurbanova məxsusdur. Əvvəllər hakim klana, hətta adi nazirlərə məxsus istər biznes, istər aqro layihələr başqa adlar, fiqurlar altında gizlədilsə də, bu gün prezident kürəkəninin biznesinə xeyir-dua verdiyini gizlətmədi. Əslində kürəkən Səməd Qurbanovun Bakıda biznes layihəsi qurub, yatırım etməsi, işsizliyin aradan qalxmasına yardımı və Azərbaycan məhsulunun dünya bazarına çıxarılması özlüyündə yaxşı addım kimi qiymətləndirilə bilərdi. Axı Səməd heç də orta ailənin varisi deyil, kifayət qədər imkanlı və resursları olan biridir. Amma burda da Azərbaycan büdcəsinin dəstəyi olmadan iş keçməyib: illik 3,3 milyon ton pomidor istehsalı gücündə olan istixana kompleksinin tikintisinə 20 milyon manat sərmayə qoyulub. Bu məbləğin 10 milyonu Sahibkarlığa Kömək Mİlli Fondunun güzəştli kreditidir ki, bu kredit illik 6 faizlə verilir.
 
 
Sahibkarlığa kömək fondundan digər sahibkarlara güzəştli kreditlərin verilməsi son 2 ildə demək olar, mümkünsüz olduğu halda milyonlarla varidatı və imkanları olan Səməd Qurbanova 10 milyon, hələ bundan sonra da daha neçə milyon manat vəsaitin tez tapılması lazım gələrsə bu fond “kiçik və orta sahibkarlığa” dəstək ola bilər anlamına gəlir.
 
 
Amma əsas məsələ bu subsidiya da deyil. İlham Əliyev kürəkəninə “Azərişıq” ASC-nin enerji ilə təminatını da hədiyyə edib. 2 ay əvvəl ölkənin əsas enerji paylayıcı qurumu “Asecofarm” MMC-nin istixanalarını elektriklə təmin etmək üçün 5 milyon manatdan çox “tərləyib.” Sifarişçi Azərişıq olduğundan pulu da o ödəyib. Halbuki, Azərişıq ən çox ziyanla işləyən qurumdur və il ərzində aparılan yoxlamarda rəsmi səviyyədə açıqlanan pozuntular aşkarlanır. İstixananın bir çox tikinti işlərini də “Retro Holding” həyata keçirir, bu MMC də Paşayevlərin gəlirli biznes sahəsidir. Görünən odur ki, bu layihənin qurulması üçün indiyə kimi və bundan sonra da milyonlarla dəstək və milyonlarla şəxsi qazanc əldə olunacaq.
 
 
Amma əsas bu da deyil. İllərdir Bakı, Zirə pomidoru dünya bazarında və MDB məkanında ən dadlı, bahalı və qeyri-adi ətri ilə ad qazanıb. Bir çoxlarının ürəyinin getdiyi bu pomidor növü Sovet dövründən Bakı ətraf qəsəbə və kəndlərinin çörək yeri olub. Səməd Qurbanovun istehsal edəcəyi pomidor dadlı-tamlı Bakı pomidorunun eynisi olacaq, yoxsa bu pomidorun olan-qalan nüfuzunu da itirməsinə səbəb olacaq?
 
AYNUR Cabirqızı
 
 
 

Загрузка...
Загрузка...