Sincab elə hərəkət etdi ki izləyənlər bir anlıq çaşıb qaldı (Video İzlə)

 
Türkiyənin paytaxtı Ankara Ayaşda meşəlik ərazisində həvəskar jurnalist kamerasını ağaclardan birinə bərkidib və meşədə gün ərzində olub bitənləri görüntüləmək istəyib.
O görüntülərin içərisində maraqlısını tapıb.
Belə ki, meşədəki sincab ağaca bərkidilən kameranı görüb və gözlənilmədən kameraya hücum edib.
Görüntünü izləyən sosial şəbəkə istifadəçiləri hadisənin bir anda baş verməsini izlədikləri an çaşıb qalıblar.
Bəzi sosial şəbəkə istifadəçiləri isə sincabın hərəkətini gülməli olaraq xarakterizə ediblər.
Sizinyol.com “İHA”a istinadən görüntüləri təqdim edir: