Şimali Koreyadan qaçan əsgərin vurulma anı – Video

 
Ötən həftə Şimali Koreyadan Cənubi Koreyaya qaçmağa çalışarkən vurulan Şimali Koreya əsgərinin öz hərbçi yoldaşları tərəfindən vurulması ilə bağlı görüntülər yayılıb.
 
Axar.az xəbər verir ki, sərhədə qədər avtomobillə gələn əsgər maşını tərk edərək qaçdığı zaman şimali koreyalılar ona atəş açıb. 5 güllə yarası alaraq ağır yaralanan əsgəri Cənubi Koreya əsgərləri sürüyərək təhlükəli zonadan uzaqlaşdırıb.
 
Qeyd edək ki, bir qədər əvvəl Şimali Koreya-Cənubi Koreya sərhədində yaşanan hadisə zamanı yaralanan əsgərin rəsmi Seula sığınmaq istədiyi üçün ölkəsindən qaçdığı və hazırda yaralı əsgərin müalicə olunduğu bildirilmişdi.

Загрузка...
Загрузка...