Şimali Koreyadan ABŞ-a çox sərt təhdid - "Heç nədən qorxmuruq, xarabalığa çevirməyə hazırıq"

 
 
 
ABŞ prezidenti Trampın BMT-nin Baş Assambleyasında "Şimali Koreyanı yox edərik" açıqlamasına Şimali Koreyadan çox sərt cavab gəldi.
 
Moderator.az bildirir ki, Donald Trampın dünən BMT Baş Assambleyasındakı çıxış zamanı "Məcbur edilərsək Şimali Koreyanı yox etməkdən başqa əlacımız qalmır" deməsindən sonra Şimali Koreya təxribata dair ən kiçik bir işarə görəcəyi təqdirdə düşmən bazalarını məhv etməyə hazır olduqlarını açıqlayıb.
 
Şimali Koreya xəbər agentliyi KCNA-nın bildirdiyinə görə, Pyongyang "Ən güclü nüvə silahları dövləti kimi yüksələn Şimali Koreya çətinliklərə və cəhdlərə baxmayaraq sanksiyalardan, təzyiqdən və müharibədən qorxmur" - deyib.
 
Şimali Koreya təxribata dair ən kiçik bir işarədə düşmən bazalarını məhv etməyə hazır olduğunu bildirib: "ABŞ-ın üzləşmə və müharibə seçim etməsi vəziyyətində dəhşətli nüvə hücumu ilə bir xarabalıqla qarşılaşacaq".
 
Digər tərəfdən, Şimali Koreya onlara qarşı yeni sanksiyalar üçün müraciət edən ABŞ-a reaksiya göstərərək "Şimali Koreyanın yeni sanksiyalar qarşısında mövqeyini dəyişəcəyini düşünmək ancaq xəyaldır" deyib.
 
Dünən BMT Baş Assambleyasında ilk dəfə müraciət edən Tramp "ABŞ güclü və səbrlidir, amma özünü qorumaq məcburiyyətində qoyan Şimali Koreyanı yox etməkdən başqa əlacımız qalmır. Raket Adam özü və rejim üçün intihar vəzifəsindədir. ABŞ hazır, istəkli və müqtədirdir, amma buna ehtiyac qalmamasını ümid edirik " ifadələrini işlətmişdi.
 
 
Uğur

Загрузка...
Загрузка...