"Şimali Koreya hərbçiləri uzun illərdir ki, Suriyada döyüşür".

Şimali Koreyaya aid iki hərbi birləşmənin Suriyada Əsəd rejimi tərəfindən döyüşür.
Ans-in məlumatına görə,  bu barədə Suriya müxalifətinin müzakirə heyətinin başçısı Əsəd əl-Zubi bildirib. Onun sözlərinə görə, bu fakt uzaqdan müşahidəyə imkan verən jihazlar və rabitə vasitələri sayəsində ortaya çıxıb: “Danışıqlarından koreyalı olduqları aydınlaşıb və hərbi nəqliyyat vasitələrində olublar".
Əsəd əl-Zubi Şimali Koreyanın Suriyada hərbi birləşmələrinin olmasını rejim etibarlı şəxslərinin təsdiq etdiyini bildirib. Onun sözlərinə görə, bu işbirliyinin tarixi qədimdir:
"Rejim ilə Şimali Koreya arasında xüsusilə hərbi sahədəki əməkdaşlıq yeni deyil, bu əlaqələr inqilab əsnasında inkişaf etdirilib. Rejim başda piyadalar olmaqla Şimali Koreyadan xüsusi hərbi təhsil görmüş mütəxəssislər adamlar gətirdib. Rejimin yanında raket və rabitə sahəsində çalışan minlərlə koreyalı hərbi mütəxəssis var. Hətta bu anda paytaxt Dəməşqdəki Kasyun dağında bir koreyalı polk var. Bölgədəki bütün vətəndaşlar də bu polkun 10 ildən çoxdur ki, orada olduğunu bilir".
Əsəd əl-Zubinin sözlərinə görə, Şimali Koreya əsgərlərindən ibarət olan "Chalma 1" və "Chalma 7" adlı hərbi birləşmələrində ali təhsil görmüş 300 hərbi qulluqçu və 2-3 min hərbi mütəxəssis xidmət edir.
Şimali Koreya ordusu
Suriya vətəndaş müharibəsi Suriyada 2011-ci ilin mart ayından bəri davam edən, rejim qüvvələri, Rusiya və İranın dəstəklədiyi silahlı qruplar  ilə ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı qruplar arasında gedən silahlı qarşıdurmadır.
Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. İlk öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan nümayişçilər arasına girən təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub.