Şimali Koreya ABŞ-ı QƏFİL HÜCUMLA HƏDƏLƏDİ: ani zərbələrə HAZIR OLUN!

Şimali Koreya ABŞ-ı gözlənilməz zərbə ilə hədələyib.
Publika.az bildirir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Xəbərdarlığın səbəbi Koreya yarımadasının şərq sahilləri yaxınlığındakı sularda "Ronald Reagan"(CVN-76) aviadaşıyıcısı başda olmaqla Cənubi Koreya və ABŞ hərbi dəniz qüvvələrinin həyata keçirdiyi təlimlər olub.
Bəyanatda deyilir: "Görünür Birləşmiş Ştatlar ağlını itirib. Bunun başqa mənası ola bilməz. Bizim müəyyən etdiyimiz hədəfləri düz burnumuzun dibinə qədər gətiriblər. ABŞ ehtiyatlı davransın, gözləmədikləri yerdən və ani hücumla endirəcəyimiz zərbələrə hazırlıqlı olsunlar".
Amerika generalı Cozef Danford isə daha əvvəlki çıxışlarında Şimali Koreyanın hazırda Birləşdirilmiş Ştatlar üçün ən böyük təhlükə olduğunu demişdi.
Könül Cəfərli

Загрузка...
Загрузка...