“Şimali İraqdakı “bombanın” zərərsizləşdirilməsi vacibdir, yoxsa...”

Pənah Hüseyn: “Kürdüstanla bağlı baş verənlər bütün region üçün ciddi təhdiddir”
 
 
Bu günlərdə mediada Şimali İraqda yeni yaradılan Kürdüstanla ermənilər arasında əməkdaşlıqla bağlı bəzi addımların atılması kimi narahatverici xəbərlər dolaşır.
 
Maraqlıdır, tərəflərin məlum əməkdaşlığı Azərbaycanın maraqarları baxımından hansısa təhlükə doğururmu?
 
Moderator.az -a açıqlama verən AXP sədri Pənah Hüseyn Şimali İraqda baş verənlərin bütün region üçün təhlükə kəsb etdiyini bildirib:
 
“Bu, Cənubi Qafqazda erməni məsələsi kimi mövcuddur. Bölgədəki təhlükəsizliyi, sülhü təhdid edən bir məsələdir.
 
Ayrı-ayrı dövlətlərin tərkibindən qeyri-qanuni çıxmaq cəhdlərindn ermənilər Dağlıq Qarabağda apardıqları iş üçün əlavə vasitə kimi istifadə etməyə çalışır. Şimali İraqda baş verən bu prosesin reallaşmasında təbii ki, ermənilər maraqlıdır. Ermənilər istəyir ki, Kürdüstanla bağlı referendum tanınsın. Lakin proseslər göstərir ki, dünya bu referendumu tanımır.
 
Referendum təxribatının baş tutmaması ölkəmizin də maraqlarına uyğundur. Ölkəmizin bu məsələdi mövqeyi olduqca net olmalıdır. Kürdüstanla bağlı baş verənlər İraq, İran, Türkiyə və Suriya üçün də ciddi təhdiddir. Şimali İraqdakı bu “bombanın” zərərsizləşdirilməsinə ciddi ehtiyac var”.

Загрузка...
Загрузка...