"Şimali İraq Türkiyə ilə birləşdirilsin" - Sensasion təklif...

 
 
Kərkükü bir gündə itirən Bərzani Haşdi Şabi döyüşçülərinin və İraq ordusunun Ərbilə doğru irəliləməsindən təşvişə düşüb.
 
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyinin müxtəlif çıxış yolları axtardığı bir vaxtda Bərzaniyə bağlı olan "Rudav" televiziyasında maraqlı təklif səsləndirilib.
"Rudav"ın Vaşinqton təmsilçisi Namo Abdulla Twitter hesabından da paylaşdığı mesajında ən doğru çıxış yolunun Şimali İraqın Türkiyəyə birləşdirilməsi olduğunu bildirib. Namo Abdulla paylaşımında bildirirb ki, əgər Ərdoğan kürd problemini həll etmək istəyirsə, ən yaxşı yol Türkiyə ilə müstəqil Kürdüstanın konfederasiya şəklində birləşməsidir. Təbii sərvətlərlə zəngin Şimali İraqın Türkiyəyə birləşdirilməsi bu ölkəni supergüc halına gətirib çıxara bilər.
 
"Rudav" təmsilçisinin bu təklifinə PKK üzvləri Twitter hesablarından sərt reaksiya veriblər.

Загрузка...
Загрузка...