​Silahlılar Kardaşyanı soydu: Milyonlar getdi

 
Amerikalı ulduz Kim Kardaşyan Parisdə, qaldığı otel otağında soyğunçunun hücumuna məruz qalıb.
 
Axar.az xəbər verir ki, Kardaşyanın sözçüsü soyğunçuların iki nəfər olduğunu, müğənninin sarsıldığını, lakin heç bir zədə almadığını deyib.
 
Hadisə zamanı müğənninin 3 yaşlı qızı və 10 aylıq oğlunun otaqda olub-olmadığı bilinmir.
 
Polis soyğunçuların milyonlarla dollar dəyərində zinət əşyası oğurladığını bildirib.
 
Kardaşyanın həyat yoldaşı, amerikalı rep müğənnisi Kanye Vest Nyu Yorkdakı konserti zamanı xəbəri alan kimi səhnəni tərk edib.
 
Qeyd edək ki, Kim Kardaşyan Vest Moda Həftəsi səbəbi ilə Parisdədir.