Silahlı Qüvvələrimiz beynəlxalq təlimdə

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edir.
 Musavat.com xəbər verir ki, bu barədə Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mayın 15-dən iyunun 1-dək İzmir şəhərində (Türkiyə) Efes-2016 beynəlxalq təlimi keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.