Silahlı konfliktlərin yeni mərkəzləri yaradılır - Kəşfiyyat şefindən SOS

Baxış sayı: 
224
0  
0  

“İŞİD Suriya və İraqda məğlubiyyətdən sonra strategiyasını dəyidirir”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.
Onun sözlərinə görə, İŞİD başçıları Yaxın Şərq xaricində yeni ümumdünya terror şəbəkəsinin yaradılması istiqamətində strategiyanı dəyişirlər. Bortnikov qeyd edib ki, İŞİD Suriya və İraqda son vaxtlar böyük ərazilər və neft rayonları üzərində nəzarəti itirib.
“Nəticədə yalnız döyüşçülərin maliyyələşməsinə imkan verən iqtisadi baza sarsılmayıb, həm də Suriya və İraq xaricində onların tərəfdarları azalıb. Göstərilən amillərin məcmusu İŞİD liderlərini sonrakı hərəkətlərin strategiyasını dəyişdirməyə məcbur edib”, - Federal Təhlükəsizlik Xidmətinin direktoru vurğulayıb.
Bortnikov qeyd edib, son terror aktlarının baş verdiyi ölkələr və onların xarakteri geniş coğrafiyadan danışmağa imkan verir:
“2017-ci ildə Əfqanıstan, Suriya, İran, İraq, Misir, Mali, Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, İsveç, Finlandiya və başqa ölkələrdə hücumların qurbanlarının sayı yüzlərlə hesablanır. Terrorçular bütün mədəni bəşəriyyəti təlaşa salmaq və onlarla müharibə aparan ölkələri qorxutmaq istəyirlər. Bundan başqa, ekstremistlər tərəfdarlarına və sponsorlarına yaşamaq qabiliyyətini nümayiş etdirməyə çalışırlar. Hazırda İŞİD başçıları sərəncamlarında olan gücləri və vasitələri yenidən bölüşdürürlər. Döyüşçülər məqsədyönlü şəkildə Yaxın Şərqin hüdudlarından kənara sürünürlər. Məqsəd silahlı konfliktlərin yeni mərkəzlərinin yaradılmasıdır. Terrorçular dəyişmiş vəziyyətə tez uyğunlaşmağa çalışırlar”.
Ömər Dağlı

Загрузка...
Загрузка...