Silahlanıb döyüşəcəyəm!

Yaşım hələ azdı mənim.
Zaman-zaman böyüyəcəm.
Vətən üçün əsgər olub,
Silahlanıb döyüşəcəm.

Həm o tayın, həm bu tayın
Duyub səsin kömək hayın
Gülüstanın, Türkmənçayın
şərtlərini siləcəyəm!

Azad edib Rəvanımı.
Dərbəndimi ,Zəncanımı,
Böyük Azərbaycanımı,
Hər an, hər an sevəcəyəm.
 
Mərd Azərbaycanlı olub.
Şöhrətli həm şanlı olub.
Ncat vətəncanlı olub,
Özümü hey öyəcəyəm.

Nicat ƏBİLOĞLU