​Şəhəri su basdı, aeroport divarı uçdu, 200 qəza oldu - VİDEO

 
 
İspaniyanın Malaqa şəhərinin mərkəzi həmçinin eyniadlı əyalətin digər yaşayış məntəqələri güclü yağışlar səbəbindən su altında qalıb.
 
Turaninfo.Az report.az-a istinadən bildirir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
 
Şəhərdə gün ərzində təqribən 200 müxtəlif qəza və insident baş verib.
 
Malaqanın bəzi mərkəzi küçələri su altında qalıb. Sürücülərə zərurət yaranmayınca avtomobil ilə küçələrə çıxmamaq tövsiyə olunub. Həmçinin bu gün şəhərdə keçirilməli olan marafon da təxirə salınıb. Şəhər metrosunun iki xəttində qatarların hərəkəti dayandırılıb. Daşqın nəticəsində hava limanının bir divarı uçub.
 
Daha çətin vəziyyət Marbel, Kartam, Estepon şəhərlərində yaranıb. Burada su tibb mərkəzi və məktəb binasına daxil olub, Alaurine-de-la-Torredə qocalar evi su altında qalıb.

Загрузка...
Загрузка...