​Şəhər meri və iki jurnalisti güllələdilər

 
 
Ötən gecə Finlandiyanın Rusiya ilə sərhəddə yerləşən İmatra şəhərində şəhər meri və iki jurnalist güllələnərək öldürülüb.
 
Polisə şəhərdə yerləşən "Vuoksenvahti" restoranının qarşısında atəş açıldığını, 3 qadının öldürüldüyü barədə məlumat daxil olub.
 
Hadisə yerinə gələn polis əməkdaşlarına hadisənin şahidi olan insanlar 23 yaşlı gəncin atəş açdığını bildiriblər. Restoranın qarşısındakı avtomobildə olan gənc müqavimət göstərmədən polisə təslim olub.
 
Güllələnərək öldürülən 3 qadının şəxsiyyəti müəyyənləşdirilən zaman onlardan birinin İmatra şəhərinin meri, digər ikisinin isə jurnalist olduğu üzə çıxıb.

Загрузка...
Загрузка...