Şəhidləri təhqir edən Türkiyə gözəli ilə bağlı ŞOK QƏRAR

 
 
 
"Miss Türkey 2017"-nin finalçıları dünən gecə möhtəşəm bir mərasimlə Bəyoğlu Grand Perada seçilmişdi. Ancaq yarışmanın qalibi Itır Esenin sosial mediada paylaşdığı bir statusuna görə yarışmanın nəticəsi bu gün dəyişdirilib.
 
Moderator.az Türkiyə mediasına istinadən bildirir ki, Itır Esenin bu ilin iyul ayının 16-da sosial media hesabından ötən ilin 15 iyul çevriliş cəhdi zamanı həyatını itirmiş şəhidləri təhqir etdiyi öyrənilib. Məhz bu səbəbdən də Türkiyənin ən göəl qızının dünən verilən tacı bu gün verilən qərarla əlindən alınıb.
 
"Miss Türkey 2017" müsabiqəsinin rəsmi saytının yaydığı açıqlamada yeni Türkiyə gözəlinin adı qeyd olunub. Bu halda münsiflərin xal verməsinə görə ikinci olan Asli Sümen birinci olub.

Загрузка...
Загрузка...