​Şəhidimizlə vida mərasimində xidmət yoldaşının etdiyi hərəkət hər kəsi ağlatdı - FOTO

 
 
Ötən gün Azərbaycanın şəhid olan hərbi qulluqçusu bu gün doğulduğu Şabran rayonunun Gəndov kənd qəbiristanlığında torpağa tapşırılıb.
 
GoldNews.Az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlunun dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Şəhidin məzarı başında çəkilmiş foto isə görən hər kəsi ağladıb. Belə ki, onun xidmət yolşdaşlarından biri məzarı üzərinə əyilərək, şəhidin baş daşının üzərinə qoyulmuş çərçivəli şəklini öpüb və ağlayıb. Bu isə vida mərasimində olan hər kəsi göz yaşlarına boğub. Görüntü hazırda sosial şəbəkədə ən çox paylaşılan fotolardandır.
 
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrində 19 il xidmət edən F.Salahov ailəli olub, iki oğlu var.

Загрузка...
Загрузка...