Şəhidimizin sökülən portreti bərpa edildi- əmisindən açıqlama (FOTOLAR)

 
 
Dünən aprel döyüşlərimizdə qəhrəmancasına həlak olan Şəhid gizirimiz Pəncəli Teymurovun Astara şəhər pedoqoji kollecində yaradılmış xatirə lövhəsinin söküməsi ilə bağlı məlumat vermişdik.
 
Bu gün Moderator.az -a açıqlama verən Şəhidimizin əmisi Şirməmməd Teymurov kollec rəhbərliyi tərəfindən Şəhidimizin xatirə lövhəsinin bərpa edildiyini bildirib. Şəhidimizin əmisi bu hadisəylə bağlı onlara yardımçı olan hər kəsə öz minnətdarlığını bildirib.
 
Xatırladaq ki, Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayon Əzərüd kəndində anadan olub. Ordumuzun giziri olan Pəncəli aprel döyüşləri zamanı qəhrəmancasına Şəhid olub. Ölümündən sonra Şəhid Pəncəli Teymurov ölkə başçısı tərəfindən “Vətən uğrunda” ilə təltif edilmişdir.

Загрузка...
Загрузка...