Şəhid zabitimiz son mənzilə yola salındı - FOTO, VİDEO

Salyan rayonun Xələc kəndində 1990-cl ildə anadan olmuş baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu dünən Tərtərdə gedən döyüşlərdə şəhid olub.
Şəhid zabit bu gün səhər saat 10-da doğulduğu kəndə gətirilərək dəfn edilib. Dəfndə rayon rəhbərliyi, millət vəkili Əliağa Hüseynov və bütün rayon ictimaiyyəti iştirak edib.
Dəfn mərasimində izdiham yaşanıb. Şəhidin atasına Azərbaycanın bayrağı verilib. Onun qulluq etdiyi hərbi hissənin zabitləri yaylım atəşi açıblar.
Şəhidin yas məclisi 7 gün olacaq və İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq.