Şəhid olan hərbçilərimiz dəfn edilir - FOTOLAR

Azərbaycan ordusunun şəhid olan əsgəri, 1993-ci il təvəllüdlü Vahabzadə Mikayıl Yaqub oğlu bu gün doğulduğu İsmayıllı rayonunda dəfn edilib.
 Turaninfo.az APA-nın yerli bürosunun xəbərinə istinadən  şəhid Vahabzadə Mikayılın nəşi İsmayıllı rayonunun Maçaxı kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, İsmayıllı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib. Dəfn mərasimində  “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.
Qeyd edək ki, ailənin böyük oğlu olan Mikayıl Vahabzadə  Sumqayit Dövlət Universitetini bitirdikdən sonra 2015-ci ilin iyulunda İsmayıllı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
 Abşeron rayonunun Fatmayı kəndində anadan olmuş  şəhid əsgər, 1994-cü il təvəllüdlü
Mirzəyev Mahir Sabir oğlu Mehdiabad qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.