Şəhid Mübariz İbrahimov bu dəfə Kərbəlada…(FOTO)

 
SizinYol-a daxil olan məlumata görə şəhid Mübariz İbrahimovun səsi  bu dəfə müqəddəs Kərbəladan gəlib.
Yaxınlaşan “Ərbəin” günü münasibəti ilə dünyanın müxtəlif yerlərindən milyonlarla insan müqəddəs Kərbəlaya axışıb, şəhidlər ağası İmam Hüseynin ziyarətinə  tələsirlər.
İmam Hüseyn  ziyarətçilərinin qarşılanması üçün İraqda çox sayda xeymələr, istirahət məkanları qurulsa da Kərbəla şəhərində şəhid Mübariz İbrahimovun adına qurulmuş  xeymə daha çox diqqət çəkib. Məlumata görə  Xeymə 1000 ziyarətçinin gecələməsi və istirahəti üçün nəzərdə tutulub. Xeymədə əsasən azərbaycanlı ziyarətçilərə xidmət göstəriləcək.  Qeyd edək ki, bu və digər xeymələrdə yemək, istirahət  və gecələmək  pulsuzdur.
Ərbəində Kərbəlaya gedən ziyarətçilər Mübariz İbrahimov adına olan Azərbaycan xeyməsinin aşağıda qeyd edilən adresinin fotosunu çəkib telefonlarında saxlasalar  Kərbəlada yerli əhaliyə göstərib ünvanı tapa bilərlər.