​Şəhid hərbçimizin əsgəri: "Qızıl kimi adam idi..." - FOTOLAR

 
 
Dünən erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində  hərbçimiz Salahov Füzuli Süleyman oğlu Şəhid olub. Hadisəni xəbər saytlarında oxuyan Şəhidimizin əsgəri Seyran Piriyev çox sarsıntı keçirdiyini, komandirinin çox peşəkar bir hərbçi olduğunu bildirib.
 
O, Moderator.az-ın əməkdaşına Şəhid komandiri haqda bunları deyib:
 
“Füzuli Salahov 2003-2005-ci ildə mən hərbi xidmətdə olarkən tağım komandirim olub. Cəbhə xəttində xidmət edirdik. Qızıl kimi adam idi. Yadımdadır, bir dəfə ermənilər əsgərimizi snayperlə vuranda o, üç klometr yolu piyada qaçaraq təcili yardım çağırdı. Əsgərləri üçün canından keçərdi. Çox yaxşı münasibətimiz olub. Bu gün onun Şəhid olması xəbərini saytlardan oxuyanda çox sarsıldım. Allah rəhmət eləsin!”

Загрузка...
Загрузка...