Şəhid ailələri üçün pulsuz taksi – VİDEO

Baxış sayı: 
170
0  
0  

Bəzən ehtiyacı olan kimsələrə yardım edə bilmir və bunun üçün maddi vəsaitin olmadığını əsas gətiririk. Əslində isə yaxşı iş görmək üçün, sadəcə, istək kifayətdir.
Sadə taksi sürücüsü də xeyirxah əməllər etmək üçün maddiyyatdan daha çox niyyətin önəmli olduğunu bizə bir daha xatırlatdı.
Minval.İnfo xəbər verir ki, Balakən sakini 64 yaşlı İlham Paçalov 45 ildir sürücülük edir. Deyir ki, bu illər ərzində bircə dəfə də qayda pozuntusuna yol verməyib. Hərbi xidmətdə olarkən zədə alaraq, ikinci qrup əlil olan İlham dayı taksi kimi istifadə etdiyi şəxsi avtomobilində şəhid ailələrinə pulsuz xidmət göstərir. Onun bu xeyirxah əməlini alqışlayan insanlarla yanaşı, tənqid edənlər də var.
 

Загрузка...
Загрузка...