​Şeyxdən açıqlama: "Şalvar geyinən qadına Allah lənət edir!"

 
Qadına bənzəməyə çalışan kişilər və kişilərə bənzəməyə çalışan qadınlar lənətlidir. Xüsusilə də öndən düymələnən şalvar geyinən qadınlara Allah lənət edər, çünki öndən açılıb-bağlanan şalvar birmənalı olaraq kişi şalvarıdır. Belə qadın lənətlidir.

Türkiyədə özünü “Muhəmməd əl Vəhhab ardıcılı, sələfi” kimi tanıdan və vəhhabi olduğunu deyən din xadimi qadınların şalvar geyinməsini haram sayıb.
“Qadınlara bənzəmək istəyən kişilərə də Allah lənət etsin! İstər danışıqda, istər geyimdə, istər yeriməkdə qadını təqlid edən kişiyə Allah lənət edir. Və kişilərə bənzəmək istəyən qadınlara da Allah lənət etsin!” - özünü “sələfi şeyx” adlandıran hənalı saqqallı şəxs söyləyib.