​Şeyx Əbdüldən bahalaşma ilə bağlı İlham Əliyevə ilginc TƏKLİF...

 
"Bu, prezidentə, dövlətə, dövlətçiliyə qarşı böyük bir təxribatdır"
“Məmurların villalarını hərraca çıxarıb borcu bağlasınlar”
 
“Tarif Şurasının son qərarı qeyri-qanunidir, düz deyil. Ən azı ona görə ki, biz bunu istehsal edən ölkəyik, alan ölkə deyilik. Bu, birincisi. İkincisi, bunların bütün bu əməlləri mənə elə gəlir ki, planlı və düşünülmüş şəkildə şəxsən cənab prezidentə qarşıdır. Bir sənətkar olaraq 6-cı, 7-ci hissimlə hiss edirəm ki, bunların bu məsələdə çox ciddi qərəzi var”.
 
Bu sözləri Moderator.az-a açıqlamasında əməkdar incəsənət xadimi, kinorejissor  Şeyx Əbdül Mahmudbəyli Tarif Şurasının son qərarına münasibət bildirərkən deyib.
 
 
 
Rüşvətin içində boğulan, məmurların əlində girinc olan bir ölkədə bu nəzarəti kim həyata keçirəcək?...
 
Şeyx Əbdül Mahmudbəyli fikrini belə davam etdirib: “Üçüncüsü isə odur ki, bunların hardasa südündə, qanında qarışıqlıq var və buna görə də bu xalqa qənim kəsiliblər.
Dördüncüsü, o gün cənab Abid Şərifovun nağılvari, gülünc, əttökən, səviyyəsiz arqumentinə qulaq asdım və dəhşətə gəldim. Düşündüm ki, bu yaşda, neçə illərdir böyük bir vəzifə tutan adamın bu cür səviyyəsiz aqrument gətirməsi həm prezidentə, həm də xalqa qarşı böyük təhqirdir.
Beşincisi, bu bəlli olmayan, heç cür nəzarət edilməsi mümkün olmayan, bu gün Azərbaycan kimi rüşvətin içində boğulan, məmurların əlində girinc olan bir ölkədə və bu şəraitdə o nəzarəti kim həyata keçirəcək? Açıq aydın bəllidir ki, müəyyən edilmiş limitdən o tərəfə alver başlayacaq. Şəxsən mən özüm illərdir Bakıda yaşayıram və şahidi olmuşam ki, ildə dörd dəfə bu işə nəzarət edən nəzarətçiləri dəyişirlər. Hamısı da gəlib deyir ki, müəllim 50 manat yazıb, 25 manat ver silək. Hər dəfə də biri gəlir, çünki özləri özlərindən qorxurlar”.
 
 
Adi bir alman fəhləsinin aylıq əmək haqqının nə qədər olduğunu bilirsinizmi?...
 
Kinorejissor qiymət artımının dünya ölkələri ilə müqayisə edilməsi haqqında da danışıb: “Və nəhayət bizim bəzi millət vəkilləri, bəzi iqtisadçı alimlərin, o cümlədən də Tarif Şurasının, işığa, qaza məsul şəxslərin çıxıb efirdən törətdikləri cinayəti örtbasdır etmək, qərarı ləğv eləmək əvəzinə camaata əttökən, gülünc yalanlar danışırlar. Bizi gətirib İsveçrəylə, Almaniyayla, Belçikayla müqayisə edirlər. Mən o bəylərdən soruşuram ki, cənablar, adi bir alman fəhləsinin, sürücüsünün aylıq əmək haqqının nə qədər olduğunu bilirsinizmi? Qoy əvvəlcə buna cavab versinlər və sonra müqayisə eləsinlər. Heç uzağa getməyib, ağzımızın içindəki Türkmənistanla müqayisə eləsinlər də. Onların da bizim kimi qazı var”.
 
 
Nə vaxt bunları edənlər xalqa bəlli olacaq?...
 
Əməkdar incəsənət xadimi Ermənistanda qazın və işığın qiymətinin aşağı salınmasına da münasibət bildirib: “Bir daha sübut olundu ki, ermənilərlə ara düzəltməklə məşğul olanlar, erməniləri yenidən gətirib burada yerbəyer etmək istəyənlər, bizimçün növbəti tarixi faciəyə zəmin yaradanlar, hazırlıq görənlərə bu bir şapalaq oldu. Ki, ayə, gördünüzmü nə qədər təhlükəli bir düşmənlə üz-üzəsiniz. Heç bir sənayesi, qazı, işığı, nefti olmayan bir ölkə özünə siyasi divident qazanmaq üçün bizim acığımıza qazın və işığın qiymətini aşağı saldı.
Bu qədər reallıq, nadalıq, xəyanət, cinayət, neqativ halların üstü bəs nə vaxt açılacaq? Nə vaxt bunları edənlər xalqa bəlli olacaq?”
 
 
Əgər təqaüdü gələn ildən  artıracaqdınızsa işığın, qazın qiymətini niyə tez artırdınız?...
 
Şeyx Əbdül Mahmudbəyli sonda prezidentə və Mədət Quliyevə müraciət edib:
 
 
 
“Deyirlər ki, 2017-ci ildən təqaüdlər, əmək haqqı artırılacaq. Yaxşı, əgər gələn ildən artırılacaqdısa, elə işığı, qazı da onda artırardınız da, niyə tez artırdınız? Bir daha deyirəm, bu, prezidentə, dövlətə, dövlətçiliyə qarşı böyük bir təxribatdır. Bunun heç bir qanuni əsası yoxdur. Bunlar boş-boşuna əsassız, lazımsız, millətin başa düşmədiyi terminologiyalarla camaatı çaş-baş salırlar. Əsl mahiyyətləri də ondan ibarətdir ki, bunlar qaz vurub, qazan  doldurmaqdadırlar. Onsuz kor da bilir ki, balıq şordur.
 
Bu vəziyyətdən çıxış you kimi cənab prezidentə, əlaqədar təşkilatlara, konkret olaraq Mədət Quliyevə müraciət etmək istəyirəm. Xahiş edirəm ki, bu məmurların və əmlaklarının siyahısını tutsunlar. Ən balacasının azı burda 5 dənə milyardlıq villası var, xaricdəkilər cəhənnəm, burdakı villaların hər il birini hərraca çıxarsınlar və həmin pulla da yaranmış borcu bağlasınlar. Əgər yerin bilmirlərsə, gəlsinlər bir neçəsinin yerini elə biz göstərək".  

Загрузка...
Загрузка...