​Şeyx Əbdül qiymət artımına üsyan etdi: “Bu, millətin belini qırmaqdır”

 
Azərbaycanlı kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov ölkədəki qiymət artımıyla bağlı öz narazılığını dilə gətirib
 
Fikirlərini bölüşən kinorejissor, qaz və işığın qiymətinin artırılmasının yolverilməz olduğunu deyib. Bildirib ki, bununla insanların vəziyyəti bir az da ağırlaşacaq: "Neft-qaz istehsal edən bir ölkədə qaz, neft, onu istehsal etməyən ölkədən bahadır. Bu nə deməkdir ki? Bəyənmədiyimiz Türkmənistan praktikası var, öyrənsinlər onlardan ki, necə olur orada qaz pulsuz verilir, amma Azərbaycanda qiymətini bir az qaldırırlar? Bircə məqsədləri var: millətin belini qırmaq”.
 
Şeyx Əbdül qiymətlərin artmasıyla bağlı qərar verən məmurların özlərinin qaz və işıq pulu ödəmədiyini iddia edib: "Bu qazın işığın pulunu artıranlar özləri qaz pulu, işıq pulu verirlərmi? Əlbəttə ki, vermirlər. Bir icra başçısı, deputat, bir nazir, prokuror işıq pulu, qaz pulu vermir. Bütün bunların obyektləri səhərə kimi işləyir, hamısı da dövlətin hesabına. Büdcəni doldurmağı isə yükləyirlər xalqa. O gün parkdan keçirəm, görürəm ki, günün günorta çağı bütün işıqlar sicilləmə yanır. Gedib deyirəm ki, niyə işıq yanır, niyə israf edirsiniz? Deyirlər, yaddan çıxıb. Belə şey olar? O parklarda, küçələrdə günorta vaxtı yanan işığı camaata paylasalar, elə işıq pulu verməyə ehtiyac olmaz. Mənə maraqlıdır ki, cənab prezident niyə camaata qənim kəsilən məmurlarla bağlı bir ölçü götürmür? Niyə onlara "stop” deyən yoxdur?
 
Axı onlar bizə divan tutur, biz də şükür edirik. Edək. Deyirlər o dünyada cənnətə gedəcəyik. Gedək. Görək başımıza nə gəlir!”

Загрузка...
Загрузка...