Sevməyi mümkünsüz edən xəstəlik - DEPERSONALİZASİYA

Baxış sayı: 
199
0  
0  

Depersonalizasiya yaşayan insanlar dünyanı sanki bir sisin və ya dumanın ardındaymış kimi görürlər. Hətta dünyanı ikiölçülü formada görənlər də var.
Publika.az xəbər verir ki, hər 100 insandan 1-də rast gəlinən bu vəziyyət asanlıqla sezilmir.
“Şəxsiyyətsizləşmə” və ya “gerçəkdənkənar” olaraq adlandırılan bu pozuqluq insanı özünə yadlaşdırır, bədəninə uzaqdan baxırmış hissi verir və gerçəklik duyğusunu sıfıra endirir.
Bu təəssürat əslində kəskin narahatlıq və travma dövrlərində reallığın üstünü örtən bir növ müdafiə mexanizmidir.
Xəstəliyə ən çox incəsənət nümayəndələrində və cəmiyyətdə məşhur olan insanlarda rast gəlinir. Onlar vəziyyətə uyğun olaraq tez-tez müxtəlif təəssüratlara qapıldıqları üçün hisslərinin ana keyfiyyətini itirir və duyğusuzlaşırlar. Yəni özlərinin ən əsas nəyi hiss etdiklərini unudurlar. Məsələn, bu çatışmazlıqdan əziyyət çəkən insanlar ailə üzvlərini sevdiklərini bilir, lakin bunu hiss etmir, sadəcə dildə ifadə edirlər.
Onlar gerçəklik duyğularını itirdikləri zaman özlərini bir teatr səhnəsinin və ya bir illüziyanın parçası kimi hiss edirlər.
Tibb sahəsində beyin xəstəlikləri sırasına daxil edilən bu çatışmazlıq müalicə olunmasa, insanda ömür boyu qalıcı izlər buraxır. Bu xəstəliyi müalicə edə bilən həkimlərin də sayı olduqca azdır. Çünki tibb universitetlərində ailə həkimliyi və digər sahələrdə depersonalizasiya haqqında heç bir məlumat, izahat verilmir.
Hazırda bu sindromdan əziyyət çəkən rekord insan sayı İngiltərəyə məxsusdur. Bu ölkədə 650 000 insan depersonalizasiyadan əziyyət çəkir.
Bu xəstəliyin ən təhlükəli cəhəti isə yeniyetməlik dövründə baş qaldırmasıdır. Lakin dünyada bu xəstəliyin müalicəsi 18 yaşından yuxarı insanlar üzərində aparılır.
Zümrüd

Загрузка...
Загрузка...