​Sevimli sənətkar Rəmişdən pis xəbər-FOTO

Baxış sayı: 
164

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətində problem yaranıb.
 
Turaninfo.org axşam.az-a istinadən xəbər verir ki, gitara ifaçısı "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, son günlər maddi problemi də var:
 
"Toya gərək çağıralar ki gedəsən. Az-az olur. Hər şeyi həll edən puldur. O da olur, bitir. Dedilər, bir milyarder səni Moskvaya toya çağırıb. Bir tar çalan oğlan deyib ki, xəstəxanadadır. Qara çörəyi duza batırıb yeyərik, amma küçəyə Şah Abbasın nəvəsi kimi çıxarıq".
 
Sənətçinin həyat yoldaşı Gülü isə Rəmişin səhhətindən söz açıb:
 
"Ağ ciyərində oksigen çatışmazlığı var. Müalicələrini edirəm. Çətinlik hamıda olur. Öz problemimizdir. Özüm bilərəm evimdəki pulla evimi necə dolandırıram".

Загрузка...
Загрузка...