Sevilən bəstəkar - müğənni Teymur Gözəlov - BƏXTƏVƏRƏM

Sevilən müğənni, Teymur Gözəlovun növbəti klipi You Tube-də yerləşdirilib. Çox qısa müddətdə yerləşdirilməsinə baxmayaraq minlərlə dinləyicilərin izlədiyi "Bəxtəvərəm" mahnısının Sözləri: Qəni Bəxtəvərə; Musiqisi: Teymur Gözəlova məxsusdur.
 
Xalqın rəğbətini qazanmış Teymur Gözəlovun ifa etdiyi mahnı ecazkar ifa ilə yanaşı, həm də, insanlarda xoş duyğular yaradacaq xoşbəxtlik təlqin edir. Son zamanlar ekranlara çıxan əksər mahnıların sözlərinin heç-bir  əhəmiyyətə malik olmaması bu mahnının əhəmiyyətini xeyli artrır. Əslində belə mahnıların TV -lərdə tez-tez səslənməsi musiqi mədəniyyətimizin özünə qayıtmasına önəmli rol oynaya bilər.

 
Əslən Masallı rayon Çaxırlı kəndindən olan Teymur Gözəlöv ilk və orta təhsilini musiqi məktəblərinin  birində alaraq öz ömrünü musiqiyə həsr etmişdir. Gələcəkdə Gözəlovun sənətindən nümunələri sizə təqdim edəcəyik.

 
Özünəməxsuz lirik səs tenbri ilə yanaşı insanı pozitivliyə səsləyən mahnıların T.Gözəlovun ifasında çox füsünkar alınır. Teymur müəllimə musiqi sənətində uğurlar arzulayıb yeni-yeni naliyətlər arzu edirik.
 
Həmin klipi sizə təqdim edirik:

Загрузка...
Загрузка...