Sevil və Sevinc bacıları efirdən uzaqlaşdırılıb?

Bu gün “Xəzər” telekanalında yayımlanan “Hər şey daxil” verilişinin aparıcıları, əkiz bacılar Sevil və Sevinc Səfərovalar canlı yayıma çıxmayıb. Müğənniləri efirdə aparıcı Cavid Gül əvəz edib. Musavat.cim xəbər verir ki, bu barədə axşam.az saytı məlumat yayıb. Məlumata görə, bacılar bir neçə günlük verilişdən uzaqlaşıb. Onlar növbəti həftədən aparıcılıqlarına davam edəcəklər.
Qeyd edək ki, məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi iddialara görə, Səfərovalar təkcə bu gün üçün deyil, ümumiyyətlə, “Xəzər” telekanalından uzaqlaşdırılıb.
Məsələyə aydınlıq gətirmək üçün müğənnilər Sevil və Sevinc bacılarının prodüseri Tarix Əliyev (Tolik) ilə əlaqə saxladıq. Prodüser xəbərdən məlumatsız olduğunu bildirdi:
“Bu haqda məlumatım yoxdur, çünki indi Gəncədən qayıtmışam. Amma ola bilər ki, nəsə var və ya yoxdur. Birinci günü gözləyin. Bu gün həftənin axırıncı günüdür.
Bu barədə "Xəzər" televiziyası daha dəqiq məlumat verə bilər. Çünki mən onların özlərinin fəaliyyəti ilə bağlı çalışıram. Efir fəaliyyətlərinə qarışmadığıma görə heç nə deyə bilmərəm”.
Prodüserin bu cavabından sonra “Xəzər” televiziyası ilə əlaqə saxladıq. Televiziyadan isə bildirildi ki, yayılan məlumatlar şayiədən başqa bir şey deyil.
Xatırladaq ki, müğənnilər Sevil və Sevinc Səfərova bacıları tez-tez efirdə yaratdıqları qalmaqalları ilə gündəmə gəlirlər.