​“Sevil Massivi”ndə çobana hücum: qeyri-adi cinayət və... – Cəza

 
Abşeron rayonunda “Sevil Massivi” ərazisində çobana qarşı quldurluq etməkdə təqsirli bilinən Tamerlan Rəsulov, Ələkbər Rəsulov, Eldəniz Cəfərov, Anar Piyev, Rusif Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
 
Prokuror Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq) maddəsi ilə təqsirləndirilən Ələkbər Rəsulovun 11, Tamerlan Rəsulov və Eldəniz Cəfərovun 9 il , həmçinin Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq) maddəsi ilə təqsirli bilinən Anar Piriyev və Rusif Mehrəliyevin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Daha sonra məhkəmə hökm elan edib. Hökümə əsasən Ələkbər Rəsulov 7 il, Tamerlan Rəsulov 4 il və Eldəniz Cəfərov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
 
Oğurluqda təqsirləndirilən Anar Piriyev və Rusif Mehrəliyevin hər biri 3 min manat cərimə edilib.
 
İttihama görə, Bakı şəhər sakinləri Ələkbər Rəsulov, Tamerlan Rəsulov və Eldəniz Cəfərov Abşeronda yerləşən “Sevil Massivi” MTK ərazisində yerləşən sahəyə daxil olaraq orada olan çobana qarşı quldurluq ediblər.
 
Onlar çobana fiziki güc tədbiq edərək 1 qoyun və 1 quzu götürüblər. Anar Piriyev və Rusif Mehrəliyev isə qoyun və quzunun satılmasında, yəni oğurluq etməkdə təqsirli bilinib. Zərərçəkənin şikayəti əsasında təqsirləndirilən şəxslər bir saat ərzində saxlanılıb. Onlar qoyun və quzunu geri qaytarıblar.
 
Onlar ilkin ifadələrində pula ehtiyacları olduğunu və qohumları həbs edildiyi üçün pula ehtiyacları olduğunu deyiblər.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...