“Sevgini gözəl yaşayıram” – Röya

 “Düşürsən tez-tez yada” klipində öz həyatımda olan hadisəni lentə aldım. Burada bir qadının darıxmağını əks etdirdik”.
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Röya Ayxan “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. Müğənni sevgisindən danışıb:
“Özüm o halları yaşadım. Axşam geyinib, hazırlaşırsan ki, bəlkə zəng vurar, səni harasa aparar. O qədər gözəl hisslərdir ki… Mən bunu gözəl yaşayıram. Sevdimsə, onu da qəşəng yaşayıram. Ayrılığı da gözəl keçirirəm. Bunları pis halda yaşamıram. Hər şeyi xanım kimi yaşayıram. Dostlarım deyir ki, gözəl əzab çəkir”.