Sevgilisi məşhur futbolçunun bahalı hədiyyəsini rədd etdi - FOTO

Baxış sayı: 
194
0  
0  

Tuvana Turkay futbolçu sevgilisinin bahalı hədiyyəsini rədd edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin milli futbol yığmasında oynayan Apler Potuk aktrisa sevgilisi Tuvana Turkayın doğum günü münasibəti ilə ona 520 min TL-lik (təxminən 260 min manat) lüks avtomobil alıb.
Lakin aktrisa sevgilisinin hədiyyəsini qəbul etməyib. O, “Bu qədər bahalı jesti qəbul edə bilmərəm” deyərək hədiyyədən imtina edib.
İddialara görə, dünən 27 yaşı tamam olan aktrisa bu addımı ilə futbolçunu özünə daha da bağlayıb. Bundan sonra futbolçu sevgilisinə pomeraniann cinsi olan it hədiyyə edib.
Məlumat üçün bildirək ki, sevgililər bu yaxınlarda burunlarını estetik əməliyyat etdirməsi ilə gündəmə gəlmişdi.
Aytən

Загрузка...
Загрузка...