Sevdiyinə görə 5 nəfəri öldürən gəncin - Qandonduran ifadəsi

Türkiyənin Sivas bölgəsinin Şarkışla ərazisində bir evə və dükana silahlı basqın zamanı 5 nəfər ölüb.
 
Axar.az xəbər verir ki, qatil dükan sahibininin avtomobili ilə qaçarkən Qəhrəmanmaraş bölgəsində yaxalanıb. Fırat Yurdakul sevdiyi qızın atası Tarık, babası İbrahim və nənəsi Cənnət Eseni mübahisə zəminində ov tüfəngi ilə öldürüb.
 
Sonra dükana basqın edərək pul, içki və maşın tələb edib. Onun tələblərini rədd edən mağaza sahibi Cəlal və oğlu Taylan Koral da caninin qurbanı olub.
 
“Sevdiyim üçün elədim. Çox sevirəm. Qiymətimi bilməsələr də, mən sevirəm. 30 il yatıb çıxaram, yenə sevərəm. İstəyir gözləsin, istəyir gözləməsin, mən sevirəm", - deyə qatil ilkin ifadəsində bildirib.
 
Kəndin bələdiyyə nümayəndəsi Nazim Sayılqan mətbuata bildirib ki, mərhum Tarık Esen iki gün əvvəl ona zəng edərək böyük qiyamət qopacağını xəbərdar edibmiş:
 
"Dedi ki, şikayətçi olacağam. Vəkillə görüşdük, prokurorluğa ərizə verdik, polisə də şikayət eləmişdi. Fırat onun qızını istəyib, o da razı olmayıb. Sonu da belə..."

Загрузка...
Загрузка...