Serj Sarkisyan xaç atası oldu: "Məşədi İbadın" sədaları altında

Baxış sayı: 
297
0  
0  

 
 
Ermənilərin ən güclü şahmatçısı Levon Aronyan şənbə günü Avstraliya şahmatçısı, Okeaniya çempionu Ariana Kaoili ilə nikah bağlayıb.
 
Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, Saqmosavank məbədində keçirilən mərasimdə Ermənistan prezidenti, Ermənistan Şahmat Federasiyasının başçısı Serj Sarkisyan da iştirak edib. Daha dəqiq desək, o, təzə nikaha girənlərin xaç atası olub.
 
Aronyan - Kaoili cütlüyü artıq 11 il idi ki, mülki izdivacda yaşayırdı. Bildirilir ki, Ariana erməni dilini öyrənir. O, Yerevanda çıxan “Puteşestvennik” qəzetinin baş redaktorudur.
 
Təntənə axşam Yerevan restoranlarından birində davam edib. Şəbəkələrdə gəlinin rəqsinin videosu yayılıb. Ariana, ermənilərin bir çox musiqilərini utanmadan öz adlarına çıxdıqları böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" komediyasından Məşədi İbadın məşhur musiqisinin sədaları altında rəqs edib.
 
Yeri gəlmişkən, bir az əvvəl Rusiyanın ən zəngin insanlarından biri olan milyarder Samvel Karapetyanın oğlunun təmtəraqlı toyunda da gəlin həmin melodiyanın sədaları altında rəqs etmişdi.
 
Bu isə "O olmasın, bu olsun" filmindən fraqmentdir. Sadəcə müqayisə edin.

Загрузка...
Загрузка...